Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olundubackend

Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olundu

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunduğunu bildirib.

Onun sözlərinə görə, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq.

“2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur”, – deyə A.Kərimli diqqətə çatdırıb.

MDB Baş katibinin müavini Nurlan Seytimov bu gün Laçında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisədir. Bu təşəbbüs mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin azad edilmiş ərazilərin dirçəlişinə töhfə verəcək.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur:

“Mənə elə gəlir ki, bu proqram çox düzgün şəkildə və məqsədəuyğun olaraq icra olunur”.

Çıxışlardan sonra Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova “Birliyin mədəniyyət paytaxtı” sertifikatı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*