Ötən gün səhər saatlarında “Xəzər” televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.