“İranın bir şiə ölkəsidir. Azərbaycandakı müsəlmanların da tam əksəriyyəti şiədir. Buna baxmayaraq, mənin həmvətənlərim, daha doğrusu İran hakimiyyəti son münaqişədə Ermənistanı daha çox dəstəklədi. Buna bir çox amillər, o cümlədən Sovet İttifaqının dağılmasından sonra Azərbaycanla İran arasında olan bəzi tarixi hadisələr səbəb oldu. Üstəlik, İranda Azərbaycanla Amerika arasında və xüsusən də İsraillə yaxın münasibətlərə yaxşı baxmırlar. İran Azərbaycanın İsrail silahları ilə Qarabağ ərazisində döyüşdüyündən məmnun qalmadı”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “EADaily” nəşrinə müsahibəsində Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Lana Ravandi-Fədai söyləyib. Şərqşünas xanım daha sonra bildirib ki: “İranın Azərbaycana soyuq münasibətində Türkiyənin də müəyyən bir təsiri var idi. Üstəlik, İran Azərbaycan azlığının ölkələrindəki ən böyük etnik qrup olmasından da narahatdır. Tehran Təbriz və Bakının birləşməsi ilə bağlı çağırışlardan çox ehtiyatlanır. Təbii ki, heç kim separatizm problemini ləğv etməyib. Ancaq yenə də deyə bilmərik ki, İrandakı insanların hamısı eyni fikirdədir, eyni əhval-ruhiyyədədir. Yəni fərqli əhval-ruhiyyə, münaqişəyə fərqli münasibət yaradır. Buna görə hər şey o qədər də sadə deyil”.
Lana Ravandi-Fədai münaqişə zamanı İranın Ermənistan üçün əsas tranzit ölkəsi olmasına da toxunub. “Münaqişə zamanı Ermənistana yüklər əsasən İran üzərindən daşınırdı. Bunlar əsasən Rusiyadan göndərilən yüklər idi. Mənə də daim videolar göndərirdilər və bu yüklərin necə getdiyini görürdüm”, – deyə o, bildirib.
Surxay Atakişiyev,
KONKRET.az