Laporta yenidən “Barselona”nın prezidenti seçildi – FOTObackend

Laporta yenidən “Barselona”nın prezidenti seçildi - FOTO

Xuan Laporta 54.28 faiz səs toplayaraq “Barselona” klubunun prezidenti seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə Sports.ru məlumat yayıb.

X.Laporta səsvermədə Viktor Font (29.29 faiz) və Toni Freyşi (8.58 faiz) qabaqlayıb.

Qeyd edək ki, Xuan Laporta “Barselona”nın prezident seçkilərində dörd dəfə namizəd olub. Bunlardan üçündə qalib gəlib. O, yalnız 2015-ci ildə Jozep Bartomeuya uduzmuşdu.

X.Laportanın 2003-2010-cu illərdə “Barsa”ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka yiyələnib. 2009-cu ildə isə “Barselona” il ərzində altı kubok qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*