Larisa Alaverdyan: “Təəssüf ki, Ermənistan bu gün regionda baş verən hadisələrdə iştirak etmir”backend

Larisa Alaverdyan: "Təəssüf ki, Ermənistan bu gün regionda baş verən hadisələrdə iştirak etmir"

“Şoyqunun səfərindən sonra Bakı bəyan edir ki, “Zəngəzur dəhlizi” layihəsi danışıqların gündəmindən çıxarılıb və bundan sonra ABŞ-la ən azı nüvə silahlarının sayına görə bərabər olan güclü dövlətin prezidenti Bakıya səfərə gedir”.

KONKRET.az xəbər verir ki, bunu ictimai-siyasi xadim Larisa Alaverdyan mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə bağlı çıxış edərkən deyib.
O, qeyd edib ki, Putinin səfərindən sonra “Zəngəzur dəhlizi” danışıqların gündəmindən çıxarılır, lakin kommunikasiyaların açılması məsələsi hələ də qalmaqdadır.

L.Alaverdyan vurğulayıb ki, Bakıda kifayət qədər ciddi məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, səfər Azərbaycanın regionda rolunu artırdığını, Ermənistan hakimiyyətinin Rusiyadan üz döndərdiyini nümayiş etdirir ki, bu da yanlış siyasətin nəticəsidir.

“Baş verənlər, şübhəsiz ki, onu göstərir ki, Ermənistan rəhbərliyi artıq heç nəyə qadir deyil. Bu, onların həddən artıq işlə yüklənməsi ilə bağlı deyil, velosipedlərini sərbəst sürmələridir. Onlara deyiblər ki, sakit oturun, bu, sizin işiniz deyil.

Böyük ağrı ilə deyirəm ki, Ermənistan bütövlükdə bu gün regionda baş verən hadisələrdən kənarda qalıb. Bu gün Ermənistanın milli maraqlarını təmsil edən qurum yoxdur.

İlham Əliyev və Azərbaycan regional subyekt kimi qiymətini artırır, eyni zamanda Ermənistanın regiondakı rolunu sıfıra endirir”, – L.Alaverdyan yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*