Latviya 1167 Rusiya vətəndaşını ölkədən qovurbackend

Latviya 1167 Rusiya vətəndaşını ölkədən qovur

1167 Rusiya vətəndaşı Latviyadan deportasiya olunub.

KONKRET.az xəbər verir ki, bu məlumatı LETA agentliyi Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinə istinadən yayıb.

Məqalədə deyilir: “Söhbət “İmmiqrasiya haqqında” qanuna edilən dəyişikliklərin tələblərini yerinə yetirməyən vətəndaşlardan gedir. Onlar yaşayış icazəsi üçün müraciət etməyiblər”.

İdarədən verilən məlumata görə, xaric edilənlər arasında bərabər sayda kişi və qadın var, 789 nəfəri isə 60 yaşdan yuxarıdır.

Xatırladaq ki, 2023-cü il dekabrın 18-də idarənin rəhbəri Maira Rouz mindən çox rusiyalını ölkədən zorla qovmaq niyyətində olduğunu açıqlamışdı. İdarə rəisinin sözlərinə görə, təxminən 2200 nəfər tələblərə əməl etməyib. Rusiya vətəndaşlarına getmək üçün 30 gün vaxt veriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviyanın yaxın vaxtlarda deportasiya etməyi planlaşdırdığı rusiyalılar üçün sosial şəraitin təmin edilməsi barədə hökumətin göstərişlərini açıqlayıb. Diplomat ölkədən çıxarılma planlarını ayrı-seçkilik adlandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*