Latviya 2023-cü ildə Rusiyaya ən böyük köpüklü şərab tədarükçülərindən birinə çevrilibbackend

Latviya 2023-cü ildə Rusiyaya ən böyük köpüklü şərab tədarükçülərindən birinə çevrilib

2023-cü ilin yanvar-sentyabr aylarında Rusiya Latviya, İtaliya və Litvadan ən çox köpüklü şərablar tədarük edib. Təchizatların ümumi məbləği 200 milyon dollardan çoxdur.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Latviya tədarükdə lider olub. İxracın ümumi həcmi 105,43 milyon dollar təşkil edib. Qeyd olunur ki, ötən ilin 9 ayı ərzində Latviya Rusiya Federasiyasına 79,99 milyon miqyasda daha az şərab verib.

İtaliyadan tədarükün həcmi 55,4 milyon dollar təşkil edib. Litva da ilk üçlüyə daxil olub, il ərzində Rusiyaya tədarükünü 23,03 milyondan 42,69 milyona qədər artırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*