Latviyada şəhər Dumasına seçkilərə azərbaycanlının namizədliyi qeydə alındıbackend

Latviyada şəhər Dumasına seçkilərə azərbaycanlının namizədliyi qeydə alındı

Latviyada paytaxt Riqanın şəhər Dumasına (parlament) avqustun 29-da keçiriləcək növbədənkənar seçkilərə azərbaycanlının da namizədliyi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, namizədliyi qeydə alınan 1989-cu il təvəllüdlü Asif İbrahimovdur.

Azərbaycanlının namizədliyini Latviyanın aparıcı partiyası olan “Saskana” Sosial Demokrat Partiyası irəli sürüb.

Qeyd edək ki, A. İbrahimov 2018-ci ildə Latviya Seyminə (parlament) keçirilən seçkilərdə də iştirak edib, O, eyni zamanda, Latviyada yaşlılar və uşaqlar, o cümlədən idmançılar ilə bağlı bir sıra humanitar aksiyaların təşkilatçısıdır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*