“Rusiya Ukraynada dayanmayacaq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Krisjanis Karins Financial Times-a müsahibəsində bildirib.
Karins qeyd edib ki, Qərbin Rusiyanı cilovlamaq üçün uzunmüddətli strategiyaya ehtiyacı var, çünki Moskva Ukraynadakı müharibənin nəticələrindən asılı olmayaraq yeni hədəflər axtaracaq.
Latviya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Rusiyada imperialist ideologiya var və bu o deməkdir ki, Moskvadan gələn təhlükə hətta yeni prezidentlə, yaxud Ukrayna bütün ərazilərini geri qaytarsa belə qalacaq.
“Rusiya dayanmayacaq, Rusiyanı yalnız dayandırmaq olar. Rusiyanın Ukraynada dayanması hər şeyin bitdiyi demək deyil. Bu, sadəcə olaraq, davam etməliyik deməkdir. NATO üçün vacib olan budur: biz Rusiyanı cilovlamaq üçün uzunmüddətli strategiya üzərində işləməliyik”, – Karins bildirib.
Natiq Səlim,
KONKRET.az