Lavrov: “ABŞ-ın Navalnının “zəhərlənməsində” Rusiyaya qarşı ittihamları əsassızdır”backend

Lavrov: "ABŞ-ın Navalnının "zəhərlənməsində" Rusiyaya qarşı ittihamları əsassızdır"

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın müxalifət lideri Aleksey Navalnının “zəhərlənməsi” ilə əlaqəli Rusiya rəsmilərinə ittihamları əsassızdır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Bundan əvvəl ABŞ Dövlət Katibi Mayk Pompeo Dövlət Departamenti tərəfindən yayımlanan Amerikalı jurnalist Ben Şapiroya verdiyi bir müsahibəsində deyib ki, insanlar bir müxalifətçinin zəhərlənmə cəhdini gördükdə, göstərişin yüksək səviyyəli Rusiya məmurlarından gəldiyini başa düşürlər.

“Biz əsassız ittihamlara alışmışıq”. Lavrov Moskvada ŞƏT Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Pompeonun bəyanatına şərh verərkən belə deyib.

Lavrov əlavə edib ki, Almaniya bloger Aleksey Navalnının ətrafındakı vəziyyətlə bağlı Rusiyadan gələn müraciətlərinə cavab vermir, özü isə araşdırma tələb edir, eyni zamanda Salisburı və Boeing MH17 hadisələrini xatırladır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*