Lavrov İrəvandan MESAJ VERDİ: “Bu, bizim üçün problem deyil”backend

Lavrov İrəvandan MESAJ VERDİ: "Bu, bizim üçün problem deyil"

Mayın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana rəsmi səfər edib. O, baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Səfər Paşinyanın Moskvada keçirilən Qələbə bayramında iştirakından sonra baş tutub.

KONKRET.az xəbər verir ki, görüşlərdə əsas müzakirə mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması, regionda sülh və tranzit yollarının açılması olub.

Lavrov bölgədə sabitliyə yönəlmiş 3+3 formatının əhəmiyyətini vurğulayıb. Gürcüstan istisna olmaqla, Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə və İran bu platformada yer alır.

Paşinyanın Qərbə inteqrasiya çağırışlarına baxmayaraq, Ermənistan hökuməti Rusiya ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığını davam etdirir. Mayın 22-də İrəvan Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətinin olmadığını açıqlayıb.

Lavrov Ermənistanın Fransadan və Hindistandan silah almasına münasibət bildirərək bunun Rusiya üçün problem olmadığını deyib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*