Lavrov kanadalı həmkarı ilə Qarabağı MÜZAKİRƏ ETDİbackend

Lavrov kanadalı həmkarı ilə Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və kanadalı həmkarı Mark Qarno Qarabağ məsələsini müzakirə ediblər.

KONKRET.az “Sputnik Armeniya” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki ölkənin XİN başçılarının görüşü Arktik Şuranın xarici işlər nazirlərinin İslandiyanın paytaxtı Reykyavikdə keçirilən toplantısı çərçivəsində baş tutub.

“Qarno Kanadanın Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırdığını təkrarlayıb”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*