Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün Kremlində keçirilən Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında danışıqlarda iştirak etməyib. Onu tədbirdə xarici işlər nazirinin müavini Andrey Qaluzin əvəz edib.
KONKRET.az xəbər verir ki, məlumata görə, bu, son günlər Lavrov ətrafında yaranmış gərgin vəziyyətlə bağlı ola bilər. Daha əvvəl xəbər verilmişdi ki, Putin Lavrovla sərt tonda söhbət aparıb, eləcə də 5 noyabrda keçirilən Təhlükəsizlik Şurasının iclasını nazir “razılaşdırılmış səbəbdən” buraxıb.
Bundan başqa, Putinin qərarı ilə Rusiya nümayəndə heyətlərinə G20 və ASEAN sammitlərində artıq Maksim Oreşkin və Aleksey Overçuk rəhbərlik edəcək. Mənbələr bu dəyişiklikləri Budapeştdə Putin və Tramp arasında planlaşdırılan, lakin baş tutmayan görüşlə əlaqələndirirlər.
Bir sıra Telegram kanallarının məlumatına görə, hazırda Sergey Lavrov barəsində xidməti yoxlama aparılır. Rəsmi qurumlar isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
