Lavrov: “Rusiyanın Ukrayna böhranının asan tənzimlənməsi ilə bağlı heç bir illüziyası yoxdur”backend

Lavrov: "Rusiyanın Ukrayna böhranının asan tənzimlənməsi ilə bağlı heç bir illüziyası yoxdur"

Rusiya Trampın  hakimiyyətə gəlməsi fonunda Ukrayna böhranının asan həlli ilə bağlı heç bir illüziyası yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya-1” telekanalın “60 dəqiqə” verilişində deyib: “Biz Ukrayna böhranının asan həlli perspektivləri ilə bağlı heç bir illüziya yaşamırıq. Bu, yalnız Avropada etibarlı təhlükəsizlik və sabitlik haqqında saziş kontekstində həll edilə bilər”, – deyə o bildirib. Nazirin sözlərinə görə, hamı istənilən dəyişikliyi Donald Trampın gəlişi ilə əlaqələndirir. Bununla belə, Lavrov vurğulayıb ki, Rusiya Federasiyasının bununla bağlı heç bir illüziyası yoxdur.  Kiyevə dəstəklə bağlı Vaşinqtonda ikitərəfli konsensus var.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*