Lavrov: “Suriyadakı terrorçuların mərkəzləri tamamilə məhv ediləcək”backend

Lavrov: “Suriyadakı terrorçuların mərkəzləri tamamilə məhv ediləcək”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyada terrorçuların mərkəzlərinin tamamilə məhv ediləcəyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

“Hələ də Suriya ərazisində qalan terrorçuların ocaqları ləğv edilir və tamamilə məhv ediləcək”. Lavrov Dəməşqdəki mətbuat konfransında belə deyib.

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ölkədəki vəziyyətin hazırkı mərhələsinin xüsusiyyəti Suriyanın Rusiyanın dəstəyi ilə beynəlxalq terrorizmə və Suriya dövlətçiliyini məhv etmək layihəsini hazırlayan qüvvələrə qarşı müqavimət göstərməsidir.

Suriyadakı silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir. 2017-ci ilin sonunda Suriya və İraqdakı İslam Dövləti  terror qruplaşmasına qarşı qələbə elan edilib. Ölkələrin bəzi bölgələrində silahlıların təmizlənməsi davam edir. Bu anda ilk planda siyasi həll Suriyanın yenidən qurulması və qaçqınların geri qaytarılmasıdır.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*