Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 iyulda Malayziyada keçirilən danışıqlarda əsas diqqət Ukrayna mövzusuna yönəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.
“Görüş konstruktiv keçdi. Sergey Viktoroviç Lavrov kimi mən də detalları açıqlaya bilmərəm. Bu baxımdan hər iki ölkə eyni mövqedən çıxış etdi. Hazırda müzakirə olunan hər şeyi ətraflı şərh etmək olmur. Amma bir daha vurğulamaq istərdim ki, Ukrayna ətrafındakı vəziyyət danışıqların prioritet mövzusu olub”, – deyə Zaxarova qeyd edib.
O, həmçinin bildirib ki, hazırkı ABŞ administrasiyası, bir çox hallarda regiondakı proseslərin günahkarı kimi, bu hadisələrə xüsusi maraq göstərir.
Natiq Səlim,
KONKRET.az