Lavrov və Rubio görüşündə 1945-ci il İZİ: 80 il öncəki Yalta konfransı ilə Ər-Riyadı nə birləşdirir?backend

Lavrov və Rubio görüşündə 1945-ci il İZİ: 80 il öncəki Yalta konfransı ilə Ər-Riyadı nə birləşdirir?

ABŞ kəşfiyyatının məlumatına görə, Vladimir Putin müharibəni dayandırmaq üçün Tramp administrasiyası ilə danışıqlara başlasa da, hələ də bütün Ukraynanı ələ keçirməyə çalışır. Bəs görəsən, Putin doğurudanmı müharibəni bitirmək niyyətində deyil və danışıqlar masasına oturması formal xarakter daşıyır?

KONKRET.az-ın bu sualını cavablandıran konfliktoloq bildirib ki, Amerika və Rusiyanın bir masaya gəlməsi 1945-ci ilin fevralında keçirilən Yalta konfransını xatırladır:

“Başqasının taleyini həll etmək üçün bir araya gələn tərəflərin siyasəti 80 il əvvəl necəydisə, elə də qalır. Bu oyunda kim nə əldə edəcək? Kim nə istəyəcək? Marqlı olan bu suallara cavab tapmaqdır. Hər halda, Stalinlə Ruzvelti indi Lavrov və Rubio əvəz edir. Masa Ukraynasız qurulur. Amerika neytral zonada sülhməramlıların olmasını dilə gətirir. Ukrayna ərazi mübadiləsi deyir. Kiyev Luqansk, Donetsk, Krımın Rusiyada olmasını təklif edə bilər. Qarşılığında Zelenski hansı ərazini istəyəcək? Ukrayna üçün vacib ərazi Mariupoldur. Azova çıxış əldə etmək Ukrayna üçün çox vacibdir. Kursk uğrunda da xeyli itki verilib. Bu, Rusiyaya müəyyən qədər sərf etsə də, Amerika üçün uyğun varinat deyil. Ona görə də, ABŞ fərqli ssenari ilə masaya gəlir. Rusiyaya sərf edən variant olsa, Amerika ilə razılaşacaq. Stalin də belə etmişdi. Rusiya üçün sərf edən məqam odur ki, tutduqları ərazilərdə möhkəmlənsinlər, beynəlxalq təzyiqləri, sanksiyaları, embarqoları aradan qaldırıb, NATO-nun daha da yaxınlaşmasına imkan verməsinlər.

Zelenski isə Ərdoğana üz tutur. Açığı burada Türkiyəlik bir məsələ yoxdur. Türkiyə siyasi arenada Orta Şərq üçün vacib fiqurdur. Zelenski Ərdoğandan Tramp və Putin adminstrasiyasına mesaj göndərməsini istəyəcək. Göndərmək istədiyi mesaj maksimum Ukraynanın az ziyanla müharibədən çıxmaq istəyi ola bilər. Ukraynanın bütöv qalması çox çətin görünür. İndi dağıdılan Ukraynadan həm Avropa, həm Rusiya, həm də Amerika pay istəyir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*