Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda danışıqlara eyni qalstuk taxaraq gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nəşr görüşdə bu detala diqqət çəkib.
“Lavrovun qalstuku tünd göy, monoxromatik, naxışsızdır, Rubionun qalstukunda isə kiçik ağ nöqtələrin naxışı var.
ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun də geyim çalarları eynidir. Hər ikisi açıq mavi rəngə üstünlük veriblər.
Ancaq Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın qalstuku digərlərindən seçilir. Onun qalstukunda tünd, ağ və tünd qırmızı zolaqlardan ibarət naxışlar xüsusi diqqət çəkib.
Müşviq Tofiqoğlu
KONKRET.az