Lavrov yalan danışmır, Ermənistan hakimiyyəti söz oynatmaqla məşğuldur – erməni politoloqbackend

Lavrov yalan danışmır, Ermənistan hakimiyyəti söz oynatmaqla məşğuldur - erməni politoloq

Lavrovun açıqlaması gözlənilən idi, çünki bu barədə dəfələrlə danışmışdım. Bəyan edirəm ki, axır günlərdə bizi çox çətin bir dövr gözləyir, çünki Rusiyadan Dağlıq Qarabağ ətrafında müəyyən hadisələrin gözlənildiyi barədə daxili məlumatlara sahibəm. 

Bu sözləri factor.am-a verdiyi müsahibəsində “Modus Vivendi” Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib.

KONKRET.az Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bu müsahibəni sizə təqdim edir.

Mən səs yazısına qulaq asmışam, təəssüf ki, orda elə bir nüanslar var idi ki, Rusiya tərəfi əvvəllər onu bəyan etməmişdi. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə istinadlar, onların həyata keçirilməməsi ilə bağlı deyilənlər, lakin onların Azərbaycan tərəfinin günahı ilə həyata keçirilmədiyi qeyd edilmir, çünki burda əsas şərtlər yerinə yetirilməyib, yəni hərbi əməliyyatlar dayandırılmayıb. Bundan əlavə, Madrid prinsiplərinə istinadlar və Kazan sənədi. Bütün mərhələli variantı özündə əks etdirən bu sənədi keçən ilin aprel ayında tərəflərin özləri yayıb.

Və səlahiyyətlilərimiz vaxtaşırı bizə danışıqların aparılmadığını, sadəcə görüşlər olduğunu bildirib. Lavrov deyib ki, əslində, keçən ilin aprel ayında məsələnin mərhələli həlli üzrə prinsiplər əsasında razılaşma paylanıb və müzakirə mərhələsindədir.

Lavrovun sözlərinə görə, mahiyyət etibarilə danışıqların əsası “heç bir şey qarşılığında ərazi” prinsipidir. Əvvəllər deyək ki, “statusun müqabilində ərazilər”, sonra “barışıq müqabilində ərazilər”, indi “heç bir şey qarşılığında ərazilər”. Yəni siz Dağlıq Qarabağ muxtar bölgəsinin ətrafındakı əraziləri verirsiniz, sonra nə olacağını gözləyirsiniz.

– Yəni, bu ərazi təkcə bizim üçün torpaq deyil, təhlükəsizliyin qarantıdır və sair. Bu, sadəcə bəyanatlar idi? Lavrovun bəyanatına görə, sənəddə münaqişənin həllinə mərhələli yanaşma, o cümlədən Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad olunması da yer alır.

– Sizə xatırlatmaq istəyirəm ki, erməni tərəfi həmişə bu əraziləri sadəcə təhlükəsizlik zonası kimi təmsil edirdi. Mən bunun həqiqətə uyğun olmadığını deyirdim. Belə ki, onlar bizə ərazi müqabilində “ekvivalent” təhlükəsizlik zəmanətlərini təklif edə bilərlər. Bu indi baş verir. Eyni Kazan sənədində, birinci hissə ərazilərin təslim olmasına aiddirsə, ikinci hissə “Təhlükəsizlik zəmanətləri” adlanır.

Bu təminatlar Rusiyanın marağındadır. Mən dəfələrlə demişəm ki, Lavrov planının əsasını Rusiya sülhməramlılarının İranla sərhədi boyunca daxil olmasıdır. Bu, “Troja atı” siyasətidir, onun köməyi ilə İranın şimalına qoşun yeritmək istəyir, bu da Rusiyanın Ermənistana, Azərbaycana, Qarabağa nəzarət etməsinə və İrana təsir göstərməsinə imkan verəcəkdir.

– Əslində Rusiya təşəbbüsünün məqsədi öz geosiyasi vəzifələrini həll etməkdir, amma Rusiya tərəfi bu məsələdə təkid etsə, Minsk qrupunun digər həmsədr ölkələrindən, xüsusən də ABŞ-dan hansı reaksiya gələ bilər: Rusiya-Amerika maraqları arasında dünyanın müxtəlif nöqtələrində toqquşmaların fərqli nümunələri var.

– Hər şey tenderin necə keçirilməsindən asılıdır. Yəni bu hüququn qarşılığında Rusiya hansı güzəştə gedə bilər? Ona görə də Qarabağ  məsələsini ayrıca nəzərdən keçirməməliyik. Rusiya, məsələn, Suriyada, Şimal buzlu və Sakit okeanlarında bəzi maraqları və mövqeləri ABŞ-a verə bilər … oralarda nəyin baş verdiyini bilmirik, elə deyilmi? Biz yalnız Qarabağla məhdudlaşırıq və Rusiya-Amerika və ya Rusiya-Avropa münasibətləri Qarabağla məhdudlaşmır. Rusiya Federasiyası Baltikyanı ölkələrdə bəzi məsələlərdə ABŞ-a güzəştə gedə və bunun müqabilində Cənubi Qafqaza sərəncam vermək imtiyazını əldə edə bilər. Rusların və Amerikalıların, xüsusən ABŞ-da bu il seçkiqabağı olduğunu və Trampın bir çox daxili məsələlərdə Rusiyanın dəstəyinə ehtiyacı olduğunu nəzərə alsaq, razı ola biləcəyini istisna etmirəm.

– Ermənistan hakimiyyəti vaxtaşırı deyir ki, heç bir sənəd müzakirə olunmur və Lavrovun açıqlamaları əslində buna ziddir. Niyə bu vəziyyətdə erməni tərəfi heç bir sənəd ətrafında danışıqlar aparmadığını israr edərək dəqiq cavab vermir?

– Belə bir sənəd var, başa düşürsən? Bizə onun olmadığını deyə bilərlər, lakin bu barədə Lavrov ya da Məmmədyarova deyə bilməzlər. Bu sənəd müzakirə olunur, Lavrov yalan danışmır. Ermənistan hakimiyyəti söz oynatmaqla məşğuldur. Onlar sənəd olmadığını demirlər. Deyirlər ki, sənəd əsasında danışıqlar aparırlar. Deyirlər  ki, bunlar görüşlərdir, danışıqlar deyil … Bir həqiqət var, danışıqların əsası kimi Madrid prinsipləri var, bir sıra törəmə sənədlər daxil olmaqla Lavrovun keçən ilin aprel ayında bu prinsiplərin masaya qoyulduğuna dair bir açıqlaması var və bu gün “müzakirə olunur” kəlməsindən istifadə olunur. Ya erməni tərəfi Lavrovun yalan danışdığını söyləməlidir, ya da deməlidir: biz yalan danışırıq. Buna görə də açıq bir reaksiya yoxdur. Madrid prinsiplərinin aydınlaşdırılmasını gözləyiriksə, bunlar Lavrovun sözlərilə aydın şəkildə deyilib və o prinsiplər öz qüvvəsində qalır. Nə qədər ki, erməni tərəfi öz müqəddəratını təyinetmə prinsipini məsələnin həlli üçün əsas kimi götürürsə, onlara əraziləri təslim etməkdən başqa heç nə qalmır.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*