“İnanıram ki, bizim ölkəmizin sərhədlərini toxunulmaz saxlamaq üçün potensialımız var”.
KONKRET.az xəbər verir ki, bunu “Arabo” dəstəsinin komandiri Aram Torqomyan NEWS.am-ın müxbiri ilə söhbətində bildirib.
“Bu gün ehtiyatda olan əsgərəm, amma sabah lazım olsa, çox tez əsgərlərimizin yanında dayanıb vətənimiz uğrunda döyüşə bilərəm. Bu gün bir çox ölkələr
Ermənistanı silahlandırır, o cümlədən Hindistan, Fransa, Almaniya, lazım gələrsə, Rusiya da silahlandıracaq”, deyə o, qeyd edib.
Rəsmiyyə Şərifova
KONKRET.az