“Le Monde”: “İlham Əliyev çox istiqamətli xarici siyasət yürüdən, vassal olmaq istəməyən bir liderdir”backend

"Le Monde": “İlham Əliyev çox istiqamətli xarici siyasət yürüdən, vassal olmaq istəməyən bir liderdir”

Dağlıq Qarabağdakı ikinci müharibənin bitməsindən düz bir ay sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qələbəni qeyd etmək qərarına gəldilər. Dekabrın 9-da birincinin qələbəsini və ikincinin dəstəyini qeyd etmək üçün Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Ertəsi gün səhər Əliyevlə Ərdoğan türk komponenti ildən-ilə böyüyən Azərbaycan silahlı qüvvələrinin hərbi paradında iştirak etdilər. Paradda Türkiyənin göy rəngli beretlərdə olan iki xüsusi təyinatlı dəstəsi ilə iştirak etdi. Azərbaycan donanmasının onlarla gəmisi Xəzər dənizində sahildə yerləşdirildi. Azərbaycan və Türkiyə bayraqlarını daşıyan helikopterlər meydan üzərindən keçdilər. Dövlət bayrağının üç rəngli zolağını cızan qırıcılar Bakının üzərindən uçdular.

Hərbi texnikalar Neftçilər prospektinə qədər getdi. Müharibə qənimətlərinin növbəsi gəldi. Ermənilərdən alınan tanklar və zirehli texnikalar və digər silahlar yedəkli maşınlarda meydandan keçib getdi. Sonra qumlu rənglərə boyanmış Azərbaycan arsenalı gəldi. Zirehli texnika və topçular da əsasən Rusiya istehsalıdır. Lakin modernləşdirilmiş versiyalardan danışırdıq.  Paradın ən diqqət çəkən məqamı, əlbəttə ki, aktiv istifadəsi ilə münaqişənin nəticəsini müəyyənləşdirən İsrail və Türkiyə pilotsuz təyyarələri idi. Hər kəs bunu çox yaxşı bilir. Çünki televiziyada göstərilən məhv edilmiş düşmən hədəflərinin görüntüləri məhz onların köməyi ilə əldə edildi. Bu qurğular Bakı küçələrində mükəmməlliyin və gələcəyin simvoluna çevriliblər. Bir sözlə 10 dekabrda Azərbaycan-Türkiyə birliyi dünyaya öz güclərini nümayiş etdirdi.

Bakıya getməzdən əvvəl Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, qələbə yalnız “bir millət, iki dövlət” kredosuna olan inamımızı daha da gücləndirəcək. Əliyevlə görüş zamanı ikitərəfli münasibətlər və bölgədəki güc nisbətində dəyişikliklər müzakirə edildi. İlham Əliyev 44 günlük döyüşdə erməni qüvvələrini məğlub etməkdə Türkiyənin diplomatik və hərbi dəstəyindən danışdı. Bu yardım Qərbin yadından çıxan Ermənistana daha asan qalib gəlmək üçün Azərbaycana əlavə stimul verdi.

9 Noyabrdan 10-na keçən gecə Moskva 2000 rus sülhməramlısını dərhal göndərilməsi şərti ilə döyüşlərin sona çatdığını elan etdi. Üç ölkənin liderləri Dağlıq Qarabağ üzərində otuz illik faktiki nəzarətdən sonra İrəvanın təslim olduğunu göstərən lakonik bir bəyannamə imzaladılar. Sənəddə Türkiyənin adı çəkilmədi. Ancaq bir neçə gün sonra Türkiyə Rusiya ilə Dağlıq Qarabağda ortaq monitorinq mərkəzinin yaradılması ilə bağlı bir memorandum imzaladı. İndi Moskva bölgədə baş hakim  rolunu qorumağa can atır. Və türk missiyasını Dağlıq Qarabağdan kənarda saxlamağa çalışır.

Olsun ki, İlham Əliyev (Vladimir Putinlə yaxşı şəxsi münasibətləri var) türk dostunu və müttəfiqini prosesin bir hissəsi etmək niyyətindədir. Fakt budur ki, Azərbaycan əhalisi Rusiyanı Ermənistanın müttəfiqi kimi qəbul edir və bu da Moskvaya qarşı onlarda dərin inamsızlıq yaradır. Müharibə başlayandan bəri ölkə boyu hər yerdə türk bayraqları dalğalanır. Türkiyə ilə Azərbaycanı sıx dil və mədəni əlaqələr birləşdirir. Rusiyanın nüfuzu Bakı elitası arasında hələ də güclüdür. Ancaq sadə azərbaycanlılar arasında getdikcə zəifləyir.

Bakılı politoloq Kavus Abışov deyir ki: “Bu, yalnız ABŞ və Böyük Britaniya arasındakı münasibətlə müqayisə edilə bilən misilsiz bir münasibətdir. Heç bir ölkə Türkiyəyə Azərbaycan qədər sadiq diplomatik dəstək vermir. Eyni zamanda, Türkiyə Azərbaycanın ən böyük dəstəkçisidir. Son 30 ildə münasibətlər ən yüksək səviyyədə formalaşıb. Ərdoğanla Əliyev arasında şəxsi münasibətlər heç vaxt bu qədər yaxşı olmamışdı və mütəmadi olaraq bir-birilərini ziyarət edirlər”.

Əhalisi baxımından Türkiyə Azərbaycandan on qat daha böyükdür. Ancaq Ərdoğanın beynəlxalq fəaliyyətinin miqyası Əliyevin siyasi nüfuzundan üstün olduğunu söyləmək olmaz. 2000-ci illərin ortalarında Azərbaycan dərin postsovet böhranından çıxdıqdan sonra Türkiyə ilə bərabər səviyyədə tərəfdar kimi danışır. Əliyev çox istiqamətli xarici siyasət yürüdür, vassal olmaq və ya kiminləsə müstəsna dostluq əlaqələri qurmaq istəmir. Bunu Ərdoğan-Əliyev-Putin üçbucağı da sübut edir.

İki ölkənin iqtisadiyyatları, xüsusilə enerji sektorunda bir-birini tamamlayır. Azərbaycan əsasən karbohidrogen istehsalçısıdır. Türkiyə isə Azərbaycan üçün əhəmiyyətli bir istehlakçı və Avropaya çıxış üçün tranzit ölkədir. Hər iki ölkə Xəzər dənizindən qərb bazarlarına uzanan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə böyük sərmayə qoyur. Bir sözlə Azərbaycanı Türkiyə ilə təkcə din və dil birliyi deyil, həm də strateji maraqlar birləşdirir.

“Le Monde”, Fransa, 14 dekabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*