“Legiya” Mahirlə birlikdə daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyibbackend

“Legiya” Mahirlə birlikdə daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyib

Yay transfer dönəmində “Qarabağ”dan Mahir Emrelini transfer edən “Legiya”nın hədəfində daha bir azərbaycanlı futbolçu olub. 

KONKRET.az xəbər verir ki, Mahiri detallı şəkildə analiz etmək üçün “Qarabağ”ın oyunlarını izləyən klub təmsilçilərinin diqqətini daha bir həmyerlimiz – Elvin Cəfərquliyev çəkib.

Əldə etdiyimiz məlumata görə, Polşa təmsilçisi 21 yaşlı oyunçu üçün də hərəkətə keçməsinə baxmayaraq, “Qarabağ” son anda futbolçunu buraxmaqdan imtina edib və mayın sonunda cinah müdafiəçisi ilə 3 illik yeni müqavilə imzalayıb./Offsideplus.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*