Leninin cəsədini bu rəssam satın alacaq – Onu saxlamaq üçün mavzoley tikirbackend

Leninin cəsədini bu rəssam satın alacaq – Onu saxlamaq üçün mavzoley tikir

Nyu-Yorklu rəssam David Datuna Vaşinqtonda Lenin mavzoleyinin bir nüsxəsini yaratmaq və liderin cəsədini satın almaq istəyir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi rəssamın mətbuat xidmətinə istinadən yayıb.

“Rəssam art-obyektinin mənasını ABŞ-da cəmiyyətin sosial-kommunist ideyalarına doğru hərəkətində ifadə olunan əhəmiyyətli dəyişikliklərlə izah edir. Amerikalılar aqressiv kapitalizm siyasətindən beziblər, bütün ömrü boyu borclarını ödəyə, tibbə sərbəst giriş əldə edə bilmirlər. Lenin və onun mavzoleyi dəyişikliyin ən gözə çarpan simvollarıdır. Buna tələb 2020-ci ildə ABŞ-da, xüsusi ilə də prezident seçkiləri ərəfəsində daha da çoxalıb”. Mesajda deyilir.

Sənətkar yalnız mavzoleyin bir nüsxəsini tikməyi deyil, Leninin cəsədini ilkin ödəniş üçün bir milyon dollara satın almağı da planlaşdırır, lakin bu məqsədlə bir milyard dollardan çox pul toplamağa hazırdır.

“Rusiya öz imperatoru ilə çoxdan bir imperiyadır. Amerika isə əksinə kommunizm və sosialist fikirlərinə doğru irəliləyir. Bu gün mavzoley və Lenin şəklində atributlara ABŞ Rusiyadan daha çox ehtiyac duyur. İkinci bir mavzoley tikmək çətin deyil, amma Lenini əvəz etmək olmaz, ona görə də onu satın almağı təklif edirəm və bunun üçün istənilən pulu toplamağa hazıram”. Mətbuat xidməti Datunadan sitat gətirir.

Datuna amerikalı rəssam və kolleksiya toplayıcısıdır. O, Rusiya Prezidentinin 400 min avrodan çox dəyəri olan “Hər şeyi görən V.” portretinin satışından sonra geniş tanınıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*