Rusiya Prezidenti Vladimir Putin Vladimir Leninin nəşinin dəfn olunmasına dair Rusiya ictimaiyyətində gedən müzakirələrə münasibət bildirib.
KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, V.Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib ki, hazırda cəmiyyəti parçalayan qərarlar qəbul etmək olmaz.
“Lakin nə vaxtsa cəmiyyət buna gələcək”, – deyə RF lideri vurğulayıb.
Qeyd edək ki, Leninin mumiyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə saxlanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.//Oxu.az