Leninin nəşi mavzoleydən çıxarılır? – RƏSMİ AÇIQLAMAbackend

Leninin nəşi mavzoleydən çıxarılır? - RƏSMİ AÇIQLAMA

Kreml rəsmisi SSRİ-nin qurucusu Vladimir Leninin nəşinin mavzoleydən çıxarılacağı barədə xəbərlərə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, qeyd edib ki, Leninin nəşinin Qırmızı Meydandakı mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil, belə planlar yoxdur.

“Xeyr, belə planlar yoxdur”, – Kreml sözçüsü yaxın gələcəkdə Leninin nəşinin məqbərədən çıxarılması barədə qərarın qəbul edilməsinin mümkün olub-olmaması sualına cavab verərkən deyib.

“Bu məsələ gündəmdə deyil, indi başqa məsələlər və problemlərlə dolu olan başqa gündəm var”, – Peskov vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə Leninin ölümündən 100 il ötür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*