Lənkərançayda suyun səviyyəsi artdı – Çaylarda vəziyyətbackend

Lənkərançayda suyun səviyyəsi artdı - Çaylarda vəziyyət

Çaylarda faktiki vəziyyət açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Vurğulanıb ki, iyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran -Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb. Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*