Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Darquba kəndində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Ləj kənd sakini 48 yaşlı Akşin Əliyev yolu əks istiqamətə keçmək istəyərkən onu maşın vurub.
Qəzada müxtəlif dərəcəli xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəruri ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, tarix müəllimi olan A. Əliyev toydan çıxıb evə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo