Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürdü – FOTObackend

Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürdü - FOTO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb.

10-TM-103 dövlət nömrə nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi, Gərmətük kənd sakini 2011-ci il təvəllüdlü Süleyman Məhəmməd oğlu Nəzərzadəni vurub. Uşaq aldığı xəsarətlərdən ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes” yüksək sürətlə hərəkətdə olub və işıqforun qırmızı işığında keçib. Piyada S.Nəzərzadə marşrutdan düşüb yolu keçmək istəyən anda onu maşın vurub.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürüb - FOTO Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürüb - FOTO Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürüb - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*