Lənkəranda evi yararsız hala düşən sakinə çadır quruldu – VİDEObackend

Lənkəranda evi yararsız hala düşən sakinə çadır quruldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonu Girdəni kənd sakini Hüseynov Emin Balağa oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Girdəni kənd sakini E.Hüseynov üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*