Lənkəranda iki nəfər bıçaqlandı – YENİLƏNİBbackend

Lənkəranda iki nəfər bıçaqlandı - YENİLƏNİB

 

Lənkəranda baş verən bəçaqlanma ilə bağlı TƏBİB açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, 29.06.2024-cü il tarixində saat 21:05 radələrində Lənkəran şəhər mərkəzində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanların hər ikisinin müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

22:13

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, axşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər; Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.
Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*