Lənkəranda yaşayış binasında yanğın oldubackend

Lənkəranda yaşayış binasında yanğın oldu

Bu gün səhər Lənkəranda 2 mərtəbəli kommunal binada yanğın olub.

KONKRET.az xəbər verir ki, yanğın hadisəsi rayonun Girdəni kəndində, Zümrüd Mahmudağa qızı Salayevaya məxsus mənzildə baş verib.

Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Görülən təxirəsalınmaz tədbirləri nəticəsində qısa müddətdə yanğının qarşısı alınıb. Binada yaşayan digər sakinlərin təxliyəsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, bina iki mərtəbəli, 8 mənzillidir. Yanğın baş verən zaman evdə heç kim olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*