Lənkəranda yol qəzası  baş verdibackend

Lənkəranda yol qəzası baş verdi

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistralında qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobili “Ford”la toqquşub.

Qəza nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri – 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*