Lənkəranda yük avtomobili gənc oğlanı vuraraq öldürdübackend

Lənkəranda yük avtomobili gənc oğlanı vuraraq öldürdü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah avtomobil yolunda baş verib. Bakı şəhər sakininin idarə etdiyi “Ford” markalı 99 LJ 419 dövlət qeydiyyat yük avtomobi yolu keçən gənc oğlanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Yaralı hadisə yerində ölüb.

İlkin məlumata görə, avtomobilin vurduğu şəxs Lerik rayon sakinidir, restoranların birində ofisiant işlədiyi üçün Lənkəranda kirayədə qalırmış. Hadisə onun iş yerinin yaxınlığında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*