backend

Lepexin: "Putinin Əliyev və Paşinyanla şəxsi münasibətlərindən çox şey asılıdır"

“Oktyabr-noyabr hərbi kampaniyasından əvvəlki vəziyyətdə də Azərbaycan tərəfi Naxçıvana, daha sonra Türkiyəyə nəqliyyat dəhlizinin formalaşmasında maraqlı idi. Və bu gün təbii ki,  Bakı obyektiv olaraq  bununla maraqlanır. Rusiya tərəfi bu maraqdan istifadə edərək Bakını Dağıstandan başlayaraq Azərbaycan ərazisindən keçməklə Ermənistana nəqliyyat dəhlizi yaratmaq imkanını təklif etdi. Rusiya, Azərbaycan və Ermənistan tərəflərinin ortaq layihəyə maraqları belə yarandı. Türkiyə də Bakı ilə birbaşa ünsiyyətdə maraqlıdır. Buna görə dəmir yolu və avtomobil kommunikasiyalarının inşası və modernləşdirilməsi ilə böyük bir nəqliyyat layihəsi bölgədəki vəziyyəti yaxşılaşdırmağa qadir olan 4 əsas iştirakçı üçün çox vacib və perspektivlidir”.

KONKRET.az xəbər verir ki, bunu “Moskva-Baku”ya müsahibəsində Aİİ İnstitutunun direktoru Vladimir Lepexin söyləyib.

O daha sonra deyib: “Eyni zamanda vurğulamaq istərdim ki, Qarabağ nizamlanması bu gün yalnız Rusiya sülhməramlı kontingentinin mövqeyindən və Putinin Əliyev və Paşinyanla şəxsi münasibətlərindən asılıdır. Bu mənada nəqliyyat layihələrinin praktikada həyata keçirilməsi müəyyən problemlərlə üzləşə bilər. Bu səbəbdən, sülh yolu ilə nizamlanmanın əsas iştirakçılarının (Bakı, Moskva və İrəvan) bölgəni ziddiyyətlərə salmamaq və çoxsaylı mübahisəli məsələləri həll etmək üçün hələ çox işi var”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*