Lerikdə tükürpədici qətl – Ər arvadının başını kəsdibackend

Lerikdə tükürpədici qətl – Ər arvadının başını kəsdi

Konkret.az xəbər verir ki, dəhşətli hadisə Lerik rayonunun Çayrut kəndində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Çayrut kənd sakini Yəhyayev Zaur Xanağa oğlu , həyat yoldaşı, 1976-cı il təvəllüdlü Yəhyayeva Cəvahir Güloğlan qızının başını kəsərək onu qətlə yetirib.

Məlumata görə, Zaur Yəhyayev ruhi xəstə olub və dərmanının vaxtı bitdiyindən , bir gün dərmansız qalıb. Elə bu səbəbdən də ağır cinayətə əl atıb.

Arvadının başını kəsərək, onu amansızlıqla öldürən Zaur Yəhyayev, daha sonra özünə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Onun hal-hazırda xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Zaur Yəhyayevin ruhi xəstə olduğu və hər an övladlarına xəsarət yetirə biləcəyi nəzərə alınaraq, uşaqları başqa yerdə yaşayıb.

Buna görə də, qətl baş verən zaman evdə ərlə-arvaddan başqa heç kim olmayıb.

Faktla bağlı Lerik rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Bir cavab yazın