Lev Leşenko koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildibackend

Lev Leşenko koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Tanınmış rusiyalı müğənni Lev Leşenko və həyat yoldaşı Kommunarkadaki xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Baza Telegram kanalı yayıb.

Sənətçinin koronavirusa yoluxduğu iddia edilir.

Mənbəyə görə, Leşenko klinikaya dünən gedib. Onun vəziyyətinin stabil olduğu deyilir.

Lev Leşenkonun özü xəstəxanaya yerləşdirilməsi barədə məlumatları hələ şərh etməyib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəlik rəsmi olaraq COVID-19 adlanan yeni bir koronavirus növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*