SSRİ yığmasının və Moskva “Dinamo”sunun sabiq qapıçısı Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı adına layiq görülüb.
KONKRET.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hazırladığı siyahıda öz əksini tapıb.
Siyahıda futbol tarixinin ən yaxşı 10 qapıçısı belə sıralanıb:
Lev Yaşin
Janluici Buffon
Manuel Noyer
İker Kasilyas
Qordon Banks
Petr Çex
Dino Zoff
Sepp Mayyer
Rikardo Zamora
Oliver Kan
Qeyd edək ki, Lev Yaşin bütün peşəkar futbolçu karyerasını Moskva “Dinamo”sunda keçirib. O, 1963-cü ildə “Qızıl Top” mükafatına layiq görülüb. Ulduz qapıçı öz oyun tərzi ilə qapıçı mövqeyində bir sıra texnikaların müəyyənləşdirilməsi üçün yeni standartlar qoyub.