Levandovski VAR haqda: “Düzgün istifadə olunarsa, yaxşı şeydir”backend

Levandovski VAR haqda: “Düzgün istifadə olunarsa, yaxşı şeydir”

“Bavariya”nın hücumçusu Robert Levandovski VAR texnologiyasından danışıb və hakim səhvlərindən gileylənib.

“Çempionlar Liqasının iki yarımfinalını və bir 1/4 finalını hakim səhvlərinə görə məğlub tərk etmişəm. Bəlkə də finala çıxıb qalib gələrdik. Düşünürəm ki, VAR düzgün istifadə olunarsa, yaxşı bir şeydir” – polşalı hücumçu vurğulayıb.

KONKRET.az xəbər verir ki, Forvard həmçinin gələcəyi ilə bağlı sualları da cavablandırıb.

“Mən gələcək haqqında düşünmürəm. İndiki vəziyyətdən razıyam və diqqəti cari mövsümə cəmləmişəm. Hər il çıxan söz-söhbətlərə öyrəşmişəm, ona görə də bunlar məni narahat etmir. Çoxdandır ki, mətbuat oxumuram”

Qeyd edək ki, “Bavariya”nın R. Levandovski ilə müqaviləsi 2023-cü ildə başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*