Levandovski yenə birinci oldubackend

Levandovski yenə birinci oldu

Almaniyanın “Get German Football News” nəşri ölkədə 2020-ci ilin ən yaxşı 100 futbolçusunun reytinq cədvəlini açıqlayıb.

KONKRET.az xəbər verir ki, siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir.

İlk “onluq”da polşalı forvardla yanaşı, Münhen təmsilçisinin daha 7 üzvü yer alıb. Bunlar qapıçı Manuel Noyer, müdafiəçilər Yozua Kimmix, David Alaba, yarımmüdafiəçilər Serj Qnabri, Alfonso Deyvis, Leon Qoretska və digər hücumçu Tomas Müllerdir.

Qeyd edək ki, Robert Levandovski daha əvvəl FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*