Leyeni yola saldılar? – Səsvermə təyin edildibackend

Leyeni yola saldılar? - Səsvermə təyin edildi

Avropa Parlamenti oktyabrın 6-dan 9-dək baş tutacaq plenar iclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyenə etimad məsələsini müzakirə edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Politiko” Avropa Parlamentinin sədri Roberta Metsolanın məktubuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, iki siyasi qrup, ifrat sağçı “Avropa vətənpərvərləri” və solçuların nümayəndələri ayrı-ayrılıqda vəsatətlər təqdim etdikdən sonra təşəbbüs səsverməyə çıxarılıb. Qərar Leyenin AB-nin vəziyyəti ilə bağlı illik çıxışından bir neçə saat sonra qəbul edilib.

“Avropa vətənpərvərləri” Avropa Komissiyasının rəhbərini qeyri-kafi şəffaflıq və hesabatlılıqda, habelə ABŞ-la Avropa üçün əlverişsiz ticarət sazişi bağlamaqda ittiham edib. Solçular isə öz növbəsində AB-nin ticarət siyasətini tənqid edib və AB-ni İsrailin Qəzzada apardığı müharibə qarşısında passivlikdə ittiham ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*