Leyla Əliyeva Hayma Al Zari ilə görüşdü – FOTObackend

Leyla Əliyeva Hayma Al Zari ilə görüşdü - FOTO

Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

Hayma Al Zari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*