“Lidovky”: “Ukrayna Rusiyaya ərazi güzəştləri etməli olacaq”backend

"Lidovky": "Ukrayna Rusiyaya ərazi güzəştləri etməli olacaq"

“Ukrayna rəhbərliyi böhranın həlli üçün ərazi güzəştlərinə getməli olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Çexiyanın “Lidovky” qəzetinin köşə yazarı Yan Maçaçek yazıb.

O vurğulayıb ki, avqustun sonu – sentyabrın əvvəllərində əks-hücumun pik nöqtəsi münaqişənin dondurulmasına gətirib çıxara bilər.

“Zaman keçdikcə Ukrayna Amerikanın (Qərb) təhlükəsizlik zəmanəti müqabilində rəsmi və ya qeyri-rəsmi olaraq dörd regiondan imtina edəcək”, – RİA Novosti Mahaçekdən sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl amerikalı radio aparıcısı Qarland Nikson növbəti əks-hücum üçün Ukrayna Silahlı Qüvvələrinin sıralarında hərbi kadr çatışmazlığının olduğunu bildirmişdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*