Limonlu keks – Usta öz sirlərini açır – VİDEObackend

Limonlu keks - Usta öz sirlərini açır - VİDEO

Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla limonlu keksin resepti ilə tanış edəcəyik.

Tərkibi:

2 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1/4 stəkan süd, 1 ədəd limon qabığı rəndələnmiş, 2,5 st. Un, 3 yemək qaşığı kərə yağı, yarım çay qaşığı soda, 1 paket qabartma tozu

Hazırlanma qaydası:

Qaba yumurta və şəkər tozunu əlavə edərək, mikserlə çalın. Südü, rəndələnmiş limon qabığını və əridilmiş yağı töküb qarışdırın. Sonra digər bir qaba un, qabartma tozu və soda tökürük bir-birinə qatıb, yumurtalı qarışıma yavaş-yavaş əlavə edin. Alınan keks xəmirini yağlı kağız sərilmiş istənilən formalı keks qəlibinə töküb, 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Keksi bişirərkən nəzarət etmək lazımdır ki, çox qızarmasın.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*