ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini Rusiyaya yeni səfir kimi təsdiq edib.
KONKRET.az xəbər verir ki, bu haqda ABŞ parlamentinin yuxarı palatasının saytında canlı yayımda məlumat verilib.
2014-2017-ci illərdə Moskvada ikinci diplomat olan Treysi bu vəzifəni tutan ilk qadındır.
Qeyd edək ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepanın sözlərinə görə, Linn Treysinin ABŞ-ın Rusiyadakı səfir vəzifəsinə təyin edilməsi “beynəlxalq vəziyyəti yumşaltmağa” kömək edəcək.