“Litva rəsmiləri rus məktəblərini bağlamaq fikrində deyillər”.
KONKRET.az xəbər verir ki, bunu ölkənin təhsil, elm və idman naziri Raminta Popovene deyib.
Bildirilir ki, Konstitusiyaya və “Təhsil haqqında” qanuna uyğun olaraq, dövlət vətəndaşlara öz ana dilində təhsil almaq imkanını təmin etməyə borcludur.
“Hazırda hakimiyyət mövcud hüquqi aktları rəhbər tutur və belə planlar yoxdur”, – deyə litvalı nazir vurğulayıb.
Xatırladaq ki, Latviya və Estoniya rusdilli məktəbləri bağlamaq qərarını açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az