Litvada işıq üzü görən rusdilli həftəlik “Litva kuryeri” qəzeti bağlanır, 2023-cü ildən onun nəşri dayandırılacaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə nəşrin direktoru Yolanta Andreyeva məlumat verib.
“Litva kuryeri”nin əməkdaşları qəzeti xilas etmək üçün bütün səylərini əsirgəməsələr də, iqtisadi vəziyyət bu təəssüf doğuran qərarın qəbul edilməsini labüd etdi”, – o deyib.