Livandan İsrailə 50-yə yaxın raket atılıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, bu, hərbi əməliyyatların başlanmasından bəri ən böyük bombardman olub.
Bildirilir ki, İsrail buna cavab olaraq Livanın cənubuna zərbələr endirməyə başlayıb.
Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Livanın Hizbullah təşkilatı ilə münaqişənin gərginləşəcəyi təqdirdə orduya istənilən ssenariyə hazır olmağı tapşırmışdı.
Ariz Həsənoğlu,
KONKRET.az