Livandan İsrailin şimalına 10-dan çox raket ATILDIbackend

Livandan İsrailin şimalına 10-dan çox raket ATILDI

Livan ərazisindən İsrailin şimal rayonlarına 10-dan çox raket atıldığı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mərmilərin əksəriyyəti Ramot-Naftali sərhəd yaşayış məntəqəsi istiqamətində atılıb.

Onların bəziləri İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, mərmilərdən biri kəndin ətrafına düşüb.

Ölən və yaralananlar barədə məlumat daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*