Livanın yeni prezidenti Cozef Aun vəzifəyə gəldikdən sonra səfər edəcəyi ilk ölkənin Səudiyyə Ərəbistanı olacağını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.
Aun bu barədə şahzadə Məhəmməd bin Salmanla telefon danışığı zamanı bildirib.
“Bu, Səudiyyə Ərəbistanının Livan xalqını dəstəkləməkdə, onlarla həmrəylik göstərməkdə tarixi rolunun tanınması və livanlıların bölgə dövlətləri ilə əlaqələrinin təməli kimi ərəb kimliyinin təsdiqi olacaq”, – ofisdən bildiriblər.