İngiltərənin Liverpul şəhərində Premyer Liqa çempionluğunu qeyd edən azarkeşlərin üzərinə avtomobil sürən şəxsin 53 yaşlı Böyük Britaniya vətəndaşı olduğu məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə yerli polis açıqlama verib. Bildirilib ki, hadisə zamanı bir neçə nəfər xəsarət alıb və bəzi yaralıların vəziyyəti kritik qiymətləndirilir.
Hadisə ilə bağlı istintaq davam etdirilir. Hadisənin motivi isə hələlik açıqlanmayıb.
Natiq Səlim,
KONKRET.az